A

UNEC-in Rəqəmsal Könüllülər Təşkilatı tərəfindən Milli Dirçəliş Günü münasibətilə onlayn tədbir keçirilib.

Tədbir gənclər arasında milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və müstəqillik tariximizin mühüm mərhələlərinin təbliği məqsədi daşıyıb.

Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə UNEC-in Dizayn Məktəbinin II kurs tələbəsi Nəzrin Baxşəliyeva, Rəqəmsal Könüllülər Təşkilatının sədri Əsədullah Ərəbiyə 1988-ci il 17 noyabr hadisələrinin tarixi mahiyyətindən və bu günün Azərbaycan xalqının milli mübarizəsindəki rolundan bəhs ediblər.

Tədbirin bədii hissəsində isə Türk Dünyası İqtisad Fakültəsinin 3-cü kurs tələbəsi Elxan İsgəndərov vətənpərvərlik haqqında musiqi parçaları ifa edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay