A

UNEC Dizayn Məktəbi Məzun Assosisasiyasının növbəti görüşü fakültənin məzunu, “Noor Tekstil” şirkətinin mütəxəssisi Xəyalə Bayramova və Respublika İncəsənət Gimnaziyasının “Moda və dizayn” üzrə müəllimi Leyla Qəmbərova ilə olub.

"Dizayn" kafedrasının müəllimlərinin və “Dizayn” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə keçirilən onlayn görüşdə naxışların bədii tərtibatı üzrə mütəxəssis Xəyalə Bayramova xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirən naxış və ornamentlərin tekstildə tətbiqi qaydalarından söz açaraq,  tələbələri naxışvurma texnikasının iş prosesi ilə tanış edib.

Digər məzun Leyla Qəmbərova isə moda sahəsi üzrə əldə etdiyi uğurlardan və yetirmələri ilə birgə keçirdiyi müxtəlif tematikalı rəsm sərgilərindən danışıb. 

TOP XƏBƏRLƏR