UNEC Dizayn Məktəbində gender bərabərliyinə həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin katibi Aytən Ağayeva tədbir iştirakçılarına gender bərabərsizliyinin müasir cəmiyyətdəki yeri, rolu, onun yaratdığı sosial, iqtisadi və psixoloji təsirlər barədə ətraflı məlumat verib.
Dizayn kafedrasının baş müəllimi Nisəxanım Hüseynova gender bərabərliyindən, dünyada və ölkəmizdə bu istiqamətdə görülən işlərdən, qadınlara və kişilərə yaradılan bərabər imkanların müsbət nəticələrindən danışıb
Keçirilən görüşdə Azərbaycan cəmiyyətində gender bərabərliyinin və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində geniş məzmunlu çıxışlar edilib, müzakirələr aparılıb, mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.