A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Rəqəmsal iqtisadiyyat fakültəsində "Sahibkar danışır" sosial layihəsinin ilk tədbiri keçirilib.

Seminar çərçivəsində Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov, qeyd olunan mövzunun müasir dövr üçün hansı dərəcədə vacib olduğunu bildirib və tələbələrin ixtisaslaşması üçün seminarın əhəmiyyətini vurğulayıb.

UNEC məzunu, “Handex” təlim və tədris mərkəzinin təsisçisi Rəşad Qurbanov “Ölkəmizdə data analitik nə iş görür” mövzusunda tələbələrə ətraflı məlumat verərək, universitetdə aldığı təhsilin karyerasına verdiyi töhfələrdən danışıb.

Tədbir zamanı tələbələr sahibkarın uğur yolu hekayəsi ilə tanış olub, həmçinin data analitika biliklərini artırıblar. Tələbələr qeyd olunan mövzuda müxtəlif suallar ilə spikerlə maraqlı dialoq quraraq, ixtisasın incəliklərini öyrənib, gələcək təhsil və karyeraları üçün praktiki biliklər əldə ediblər.

Sonda “Handex” mərkəzi tərəfindən tələbələrə hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR