A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dövlət Məşğulluq Xidməti və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 27-29 oktyabr tarixlərində UNEC-in tələbə və məzunları üçün “Fərdi karyera konsultasiyaları” və “Müsahibə texnikaları” mövzusunda seminar keçilib.

Fərdi karyera konsultasiyaları zamanı iştirakçılar peşə seçimi, karyera dəyişikliyi, şəxsi inkişaf, CV hazırlığı və vakansiyalara müraciət qaydaları barədə ətraflı məlumat alıblar. Təcrübəli mütəxəssislər hər bir iştirakçının fərdi olaraq karyera planlarını dəyərləndiriblər, onlara inkişaf yolları və atılacaq addımlarla bağlı tövsiyələr veriblər. Konsultasiya zamanı tələbə və məzunlara əmək bazarının trendləri və işə qəbul prosesində diqqət yetirilməli məqamlarla bağlı praktik məsləhətlər də təqdim edilib.

“Müsahibə texnikaları” seminarında isə tələbələrə iş müsahibələrində uğur qazanmaq üçün əsas metodlar, davranış strategiyaları və suallara effektiv cavabvermə texnikaları izah olunub.

TOP XƏBƏRLƏR