A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən UNEC Tarix Klub və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə UNEC Könüllülük həftəsi çərçivəsində "Könüllülük Vətəndən başlayır" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC THİK Tarix Klubunun direktoru, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədr müavini Ziyad Ağayev könüllüləri təbrik edərək, tədbir barədə iştirakçılara ətraflı məlumat verib.

Sonra tədbirin qonağı yazıçı, publisist Aydın Tağıyev Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından söz açıb. A.Tağıyev həyata keçirilən gənclər siyasətinin nəzərəçarpan müsbət nəticələri, gənclərin könüllülük proqramlarında topladıqları təcrübədən, eləcə də könüllülük həftəsi çərçivəsində keçirilən təlimlərin əsas məqsədinin gənc nəsildə vətənpərvərliyin düzgün aşılanmasının vacibliyindən danışıb. 

Sonda qonaqlar UNEC Tarix muzeyni və Şəhidlər memorialını ziyarət ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay