A

UNEC-də 4 ölkədən (İndoneziya, Malaziya,Pakistan, Türkiyə) 5 qrant tələbə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb.

UNEC-in “Beynəlxalq Əlaqələr və proqramlar” üzrə prorektoru Hüseyn Həsənov və “Beynəlxalq Əməkdaşlıq departamenti”nin direktoru Afət Ələkbərova Yunus Mərkəzində tələbələrlə görüşərək, onları təbrik edib təhsillərində uğurlar arzulayıblar. Sonra universitetin beynəlxalq təcrübəyə verdiyi dəyər və müxtəlif ölkələrdən gələn tələbələrə göstərilən dəstək barədə danışıblar. Tələbələr isə öz növbəsində, onlar üçün yaradılan şəraitə görə razılıqlığlarını bildiriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR