Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə İqtisad Kollecində "COP29 Planetimizin xilası üçün son ümid ola bilər " adlı yekun tədbir keçirilib.
Tədbirdə çıxış edən direktor müavini Murad Muradov və kollecin müəllimi Şəlalə Müsayeva iştirakçılara tədbir haqqında ətraflı məlumat verib, eləcə də dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların mənfi təsirlərindən bəhs ediblər.
Sonra kollecin tələbələri Hacıyeva Həvva “Ekologiya yerin çirklənməsi və nəticələri”, Nurlan Behbudlu “COP29 Planetimizin xilası üçün son ümid ola bilər” mövzularında maarifləndirici çıxışlar ediblər.
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.