A

UNEC Rəqəmsal Könüllülər Təşkilatı tərəfindən təşkil olunan “Oxucu Yarışması” layihəsi uğurla başa çatıb.

Layihə çərçivəsində iştirakçılar Robert Kiyosakinin məşhur “Varlı Ata, Kasıb Ata” kitabını PDF formatında oxuyaraq, rəqəmsal texnologiyaların kitab oxuma prosesini necə daha əlçatan olduğunu təcrübədən keçiriblər.

Yarışmanın müzakirə mərhələsi UNEC 24/7Kitabxanasında baş tutub. İştirakçılar kitabın əsas ideyalarını müzakirə edərək, maliyyə savadlılığı, aktivlər və öhdəliklər arasındakı fərqləri, passiv gəlir mənbələri kimi mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparıblar.

Sonda layihənin qaliblərinə Euroacs-ın dəstəyi ilə simvolik hədiyyələr təqdim edilib.

TOP XƏBƏRLƏR