A

UNEC-in Mühəndislik fakültəsi və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə ənənələrinin möhkəmləndirilməsi  və erkən nikahların mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Sevinc Abdullayeva fərdin psixi, mənəvi və bioloji inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan erkən nikahlar barədə gənclərin maarifləndirilməsinin əhəmiyyətindən danışıb.

Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva mövzu ilə bağlı təqdimatla çıxış edib. O, erkən nikahdan qaynaqlanan problemlər, ailə ənənələrinin möhkəmləndirilməsi və bu istiqamətdə aparılmış tədqiqatların nəticələri barədə tələbələri məlumatlandırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR