Mühəndislik fakültəsinin və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığı və onun fəsadları” mövzusunda seminar keçirilib.
Fakültənin dekan müavini Sevinc Abdullayeva seminarın tələbələri maarifləndirmək məqsədilə keçirildiyini bildirib.
Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova təqdimatlar çıxış edərək, məişət zorakılığı, şiddətin növləri, yaranma səbəbləri, fəsadları, onun qadınlar və uşaqlar üzərində mənfi təsiri və bu halların qarşısının alınması yolları haqqında tələbələrə ətraflı məlumat verib.
Seminar mövzu ilə bağlı müzakirələrlər davam edib.