A

UNEC Dizayn Məktəbində “Uşaq və yeniyetmələr arasında intihar və məişət zorakılığı hallarının qarşısının alınması” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda “Dizayn” kafedrasının müəllimi Pərvin Namazova çıxış edərək, bildirib ki, ailə-məişət zəminində baş verən zorakılıq hadisələri, münaqişələr, xüsusilə ailə daxilində qadınlara və azyaşlılara göstərilən təzyiq intiharlarla nəticələnə bilər. O, gənclər arasında intihar riskinin azaldılması üçün psixoloji sağlamlığın artırılması istiqamətində maarifləndirmənin, eləcə də psixogigyenik işlərin aparımasına diqqət haqqında maraqlı məlumatları tələbələrin nəzərinə çatdırıb.

Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR