Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumları, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşları və beynəlxalq tələbələr iştirak ediblər.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev beynəlxalq tələbələrin ölkəmizdə təhsilinin ölkələrarası ictimai diplomatiya aləti kimi önəmini vurğulayıb və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın bu prosesə verdiyi töhfəni qeyd edib.
Tədbirin rəsmi hissəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış UNEC-in 5 tələbəsinə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb.
Həmçinin tədbirdə UNEC Dizayn Məktəbinin tələbələrinin rəsm əsərlərindən ibarət sərgisi təqdim olunub.