UNEC tələbələri V Beynəlxalq “Такой разный А.С. Пушкин” onlayn-festivalında iştirak etməyə dəvət olunur.
Festival 6–10 iyun 2026-cı il tarixlərində Tambov Dövlət Universiteti tərəfindən Rusiya Federasiyası Dövlət Dumasının dəstəyi ilə keçiriləcək.
Festivalın məqsədi Aleksandr Puşkin yaradıcılığının beynəlxalq səviyyədə təşviqi, rus dili və mədəniyyətinə marağın artırılması, həmçinin tələbələrin yaradıcılıq potensialının dəstəklənməsidir.
İştirakçılar aşağıdakı istiqamətlər üzrə yaradıcı işlərini təqdim edə bilərlər:
- A.S. Puşkin əsərlərinin səhnələşdirilməsi;
- bədii qiraət nümunələri;
- musiqi ifaları;
- rəsm və kollaj işləri;
- foto və video layihələri;
- “Puşkinlə əlaqəli məkanlara səyahət” mövzusunda foto-video hesabatlar;
- esse və bədii mətnlər;
- əsərlər əsasında hazırlanmış qısa videoçarxlar.
Festivalda həm fərdi, həm də kollektiv iştirak mümkündür. Təqdim olunan materiallar festivalın rəsmi sosial media platformalarında paylaşılacaq. Qaliblər ən çox baxış və bəyənmə toplayan iştirakçılar arasından seçiləcək.
Festival iştirakçıları və kurator müəllimlər elektron sertifikat və təşəkkür məktubları ilə təltif olunacaqlar.
Müraciət və materialların son təqdimetmə tarixi: 27 may 2026-cı il.