A

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “İnsan hüquqları və azadlıqlarının təmin olunması: hüquqi və sosial yanaşmalar” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, insan hüquqları və azadlıqlarının təmin olunmasının demokratik cəmiyyətin əsas sütunlarından biri olduğunu vurğulayıb, bu dəyərlərin qorunmasının yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda ictimai şüur, sosial məsuliyyət və vətəndaş mədəniyyəti vasitəsilə mümkün olduğunu qeyd edib, tələbələrin hüquqi biliklərinin artırılmasının, qanunlara hörmət və sosial ədalət prinsiplərinə sadiqlik nümayiş etdirmələrinin gələcəkdə peşə fəaliyyətində və ictimai münasibətlərdə mühüm rol oynadığını diqqətə çatdırıb.

“İqtisadiyyat” kafedrasının dosenti Ərəbiyyə Mustafayeva geniş təqdimatla çıxış edərək insan hüquqları və azadlıqlarının iqtisadi inkişaf, sosial rifah və hüquqi dövlət prinsipləri ilə sıx bağlı olduğunu bildirib, hüquqi və sosial yanaşmaların vəhdətinin cəmiyyətdə ədalətin və bərabər imkanların təmin olunmasında əsas rol oynadığını vurğulayıb, eyni zamanda hüquq mədəniyyətinin formalaşdırılmasının, vətəndaşların öz hüquqlarını bilməsinin və müdafiə etməsinin demokratik dəyərlərin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay