UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Gənclər arasında psixoloji sağlamlığın qorunması: stresin idarə edilməsi, risklərin təhlili və qabaqlayıcı tədbirlər” mövzusunda seminar keçirilib.
Seminar UNEC-də tələbələrin psixoloji rifahının qorunması, streslə mübarizə bacarıqlarının artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunub.
UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva çıxış edərək, gənclər arasında psixoloji sağlamlığın əhəmiyyətindən danışıb. O, gündəlik həyatda və təhsil prosesində yaranan stres faktorları, onların psixoloji vəziyyətə təsiri, risklərin vaxtında müəyyənləşdirilməsi və aradan qaldırılması yolları barədə ətraflı məlumat verib.
Psixoloq həmçinin stresin idarə olunması üçün düzgün vaxt bölgüsü, sosial dəstəyin önəmi, emosional tarazlığın qorunması və sağlam ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonda tələbələri maraqülandıran suallar cavablandırılıb.