Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dövlət Məşğulluq Xidməti və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 29-da UNEC-in tələbə və məzunları üçün “Müsahibə texnikaları” adlı seminar keçilib.
Serminarda iştirakçılara iş müsahibələrində uğur qazanmaq üçün əsas metodlar, davranış strategiyaları və suallara effektiv cavabvermə texnikaları izah olunub.