A

UNEC Rəqəmsal Könüllülər Təşkilatının sədri Əsədullah Ərəbi, sədr müavini Nərmin Vəlizadə və fəal UNEC tələbələri Yeni Azərbaycan Partiyasının Səbail rayonu təşkilatı tərəfindən təşkil olunan “Biz Ümummilli Lider Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin məzunu olublar.

Bir il davam edən dərslər ərzində iştirakçılar Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və liderlik keyfiyyətləri haqqında geniş və dərin biliklər əldə etdilər. Tədris prosesi zamanı onlara ümummilli liderin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və beynəlxalq arenada tanınması istiqamətindəki xidmətləri ətraflı şəkildə izah edilib.

Sonda məzunlara diplomlar təqdim olunub.

TOP XƏBƏRLƏR