A

UNEC-in Biznes və menecment fakültəsi və Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) birgə təşkilatçılığı ilə 20 Yanvar hadisəsinin otuz beşinci ildönümünə həsr olunan tədbir keçirilib.

Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov tədbirdə çıxış edərək, 20 Yanvar hadisəsinin yaddaşlarımızda qanlı faciə olaraq anıldığını, eyni zamanda xalqın oyanışı baxımından da bir şanlı tarix kimi daim xatırlanacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli bildirib ki, 1990-cı ilin 20 yanvar günü Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qırıla bilinməyəcəyini nümayiş etdirdi. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar xalqımızın yenilməz, məğrur olduğunu bir daha dünyaya göstərdi.

Sonra “Humanitar fənlər ” kafedrasının professoru Nizami Süleymanov mövzu ilə bağlı çıxış edərək, ölkəmizdə 20 Yanvar hadisəsinin baş vermə səbəbləri və onun senarisi haqqında müəllim və tələbələr qarşısında məruzə ilə çıxış edib. N.Süleymanov vurğulayıb ki, bu faciədən sonra Azərbaycanda sovet imperiyası bütün dayaqlarını itirdi, ölkənin müstəqillik ideyası ümummilli amala çevrildi.

TOP XƏBƏRLƏR