A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələri, Dizayn Məktəbi, SABAH Mərkəzi, “Azərbaycan dili” kafedrası, Qiyabi və Əlavə Təhsil Mərkəzi və Ümumi fənlərin tədrisinin təşkili departamentində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.

Dərslərdə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib. Çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın mübarizə ruhunu və azadlıq istəyini necə gücləndirdiyini, həmçinin bu faciənin Azərbaycan tarixi üçün əhəmiyyətini vurğulayıblar. Şəhidlərimizin göstərdikləri fədakarlığın heç zaman unudulmayacağını, onların qanı ilə qazanılan azadlığın qorunacağı qeyd ediblər. 

TOP XƏBƏRLƏR