A

UNEC-də qış imtahan sessiyası uğurla yekunlaşıb. Sessiya dövründə 3039 qrupda 773 fənn üzrə yazılı və test üsulu ilə imtahanlar təşkil olunub.

İmtahanlarda 64 nəfər əlilliyi olan tələbə də iştirak edərək, öz bilik və bacarıqlarını sınayıb. UNEC İnklüziv təhsil mərkəzi tərəfindən əlilliyi olan tələbələrin imtahan verməsi üçün bütün şərait yaradılıb. Mərkəzin direktoru Sevinc Məhsimova, eləcə də əməkdaşların dəstəyi ilə görmə məhdudiyyətli tələbələrin imtahanları şifahi formada keçirilib. İmtahanlar zamanı tələbələrin hər birinin ehtiyaclarına uyğun olaraq, uyğunlaşmış proqramlar və metodlar tətbiq olunub ki, bu da onların daha rahat şəkildə imtahan vermələrini təmin edib. 

TOP XƏBƏRLƏR