UNEC-də "Synergia Academy" şirkətinin təşəbbüsü, UNEC Karyera mərkəzinin birgə təşkilatçılığı ilə “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllim heyəti üçün iki günlük intensiv vorkşoplar təşkil edilib.
Vorkşoplar zamanı iştirakçılar "Müsahibə bacarıqlarını mükəmməlləşdirmək və CV yazmaq", eləcə də "LinkedIn profilinin təkmilləşdirilməsi və şəxsi brendinq" mövzularını əhatə edən vorkşopda iştirak ediblər. Tədbirin əsas məqsədi müəllimlərin müasir əmək bazarına uyğun praktiki biliklərin təkmilləşdirilməsi və bu bilikləri tələbələrə daha effektiv şəkildə ötürməsinə dəstək olub.
Mütəxəssislər iştirakçılara effektiv CV hazırlanması, tələbələri biznes müsahibələrinə hazırlamağa kömək edən tədris prosesindən, LinkedIn platformasından peşəkar şəkildə istifadə və fərdi brendin qurulması yolları haqqında ətraflı məlumat veriblər. Təlimdə həm nəzəri biliklər, həm də interaktiv təcrübə və simulyasiyalar həyata keçirilib.