A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib.

Dərs Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Dərsi giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Xocalı soyqırımının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifələrindən biri olduğunu qeyd edib, Xocalıda dinc əhalinin qətlə yetirilməsinin Ermənistanın irqi və dini dözümsüzlüyə əsaslanan genişmiqyaslı zorakılıq  siyasətinin bir hissəsi olduğunu vurğulayıb.

“Humanitar fənlər” kafedrasının baş müəllimi Cəmilə Həsənova çıxış edərək, Xocalı faciəsinin səbəbləri, nəticələri barədə söz açıb, bu faciə zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Ulu Öndər Heydər Əliyevin tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırdığını xüsusi vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR