UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə fakültənin dekanı dosent Elman Cəfərov Xocalı faciəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. E.Cəfərov Ulu Öndər Heydər Əliyevin tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək, haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırdığını xüsusi vurğulayıb. O, Xocalı qətliamının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu diqqətə çatdırıb.