UNEC-in Muzey Mərkəzində Xocalı faciəsinin otuz üçüncü ildönümü ərəfəsində kitablardan və dövri nəşrlərdən ibarət müvafiq guşə yaradılıb.
UNEC-də tələbələr arasında Xocalı soyqırımına dair məlumatlılığın artırılması və bu hadisənin tarixi əhəmiyyətinin vurğulanması məqsədilə UNEC-in muzeyində sərgi təşkil edilib. Sərgi Azərbaycan tarixində dərin iz buraxmış bu dəhşətli hadisələri xatırlamaq və gənclərin tarixi yaddaşını möhkəmləndirmək məqsədi daşıyır.
UNEC-in Rus İqtisad Məktəbinin bir qrup tələbəsi Xocalı faciəsinə həsr olunmuş Muzey Mərkəzindəki sərgini ziyarət edib. Sərgidə Xocalı soyqırımını əks etdirən fotoşəkillər, sənədlər və faciəni yaşayan insanların şahid ifadələri nümayiş olunub. Tələbələr sərgidə təqdim olunan materiallarla yaxından tanış olaraq, faciə haqqında daha ətraflı məlumat əldə ediblər. Muzey əməkdaşları Xocalı həqiqətlərindən baş vermis faciə barədə məlumat verərək, bu cür sərgilərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər.
Tələbələrə Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.