Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında Xocalı faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialın "İqtisadiyyat və idarəetmə" bölməsinin müəllimi Qüdrət Qırtımov və Texniki və texnoloji bölmənin rəhbəri Səfər Raziyev çıxış edərək, Xocalı faciəsinin xalqımıza, dinc əhaliyə qarşı törədilmiş amansız soyqırımı aktı olması barədə danışıblar və insanlıq əleyhinə yönəldilmiş bu ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasının ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində olmasını vurğulayıblar.
Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.