UNEC-in İqtisadiyyat və idarəetmə, Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuz üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Elçin Eyvazov Xocalı faciəsinin səbəbləri, nəticələri barədə geniş söz açaraq, bu faciənin Azərbaycan xalqına qarşı erməni millətçilərinin illərlə həyata keçirdikləri etnik təmizləmə, soyqırımı aktlarının davamı olduğunu qeyd edib.
Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin katibi dos.Pərviz Səmədov çıxış edərək, Xocalı faciəsi nəticəsində 613 nəfər dinc azərbaycanlının, o cümlədən 63 uşaq, 106 qadın öldürülməsi, 8 ailənin bütünlüklə məhv edilməsi, 1275 nəfərin isə girov götürülməsindən danışıb və günahkarların cəzalandırılması, bu faciəyə əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi zəruriliyindən bəhs edib.
Tədbir bədii hissə ilə davam edib.