Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rus İqtisad Məktəbinin direktor müavini dosent Anar Eyyubov qan yaddaşımıza yazılan Xocalı faciəsi barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. A.Eyyubov bildirib ki, bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən Xocalı soyqırımı haqqında məlumat verib. O, xocalıların ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən, Xocalı uğrunda döyüşən igid oğulların qəhrəmanlığından danışıb.