A

UNEC ilə “Meqa Sığorta” ASC-in birgə əməkdaşlığı çərçivəsində tələbələrə “Sığorta ilə dayanıqlı gələcək” adlı təlim keçirilib.

3 gün davam edən təlimdə tələbələr sığorta sahəsinin ilkin biliklərini əldə etmiş və bir çox sığorta növləri haqqında ətraflı məlumatlara sahib olublar. Eyni zamanda proqram çərçivəsində iştirakçılar “Meqa Sığorta” ASC-nin baş ofisində müxtəlif departamentlərin əməkdaşları ilə görüşlər keçirərək , iş mühiti ilə yaxından tanış olublar.

Tələbələrin böyük həvəslə qatıldığı  təlimin sonunda iştirakçılara qazandıqları nəzəri və praktiki biliklərə görə “Meqa Sığorta” ASC tərəfindən sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR