UNEC Karyera Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə Holberton School Azərbaycan tərəfindən 210 tələbənin iştirakı ilə İT sahəsində karyera imkanlarına həsr olunmuş seminar keçirilib.
Tədbirdə tələbələrə İT sahəsində müxtəlif karyera yolları, uğur qazanmaq üçün vacib bacarıqlar, portfolio hazırlanması və iş müsahibəsinə hazırlıq prosesi barədə ətraflı məlumat verilib. Seminar çərçivəsində qlobal təcrübəyə əsaslanan tövsiyələr təqdim olunub, iştirakçılar praktiki məsləhətlər əldə ediblər.
Sonda ekranda bir dəqiqəlik test sualı nümayiş etdirilib və düzgün cavab verən üç tələbəyə xüsusi hədiyyələr təqdim olunub.