A

UNEC Karyera Mərkəzi və KPMG şirkətinin birgə təşkilatçılığı ilə UNEC-də “Audit Day” tədbiri keçirilib.

Tədbirdə universitetin magistratura, iqtisadiyyatla əlaqəli ixtisaslarda təhsil alan III-IV kurs tələbələri iştirak ediblər.

Əsas məqsəd iştirakçılara audit şöbəsinin fəaliyyəti haqqında ətraflı məlumat vermək və KPMG-də karyera perspektivlərini təqdim etməkdir. Tədbirdə KPMG-nin audit xidmətləri və şöbəsinin fəaliyyəti haqqında geniş məlumat verilib, işə qəbul prosesi və karyera yüksəlişi imkanları izah edilib, tələbələrin sualları cavablandırılıb.

Tədbirdən sonra tələbələrə “Numerical Reasoning Testi” göndərilib ki, bu da işə qəbul prosesinin ilk mərhələsini təşkil edir. Tədbir çərçivəsində “Audit Assistant” və “Audit Intern” vəzifələri üçün vakansiyalar elan edilib. Bu tədbir tələbələrə audit sahəsində karyeraya başlamaq üçün vacib məlumatlar təqdim edib və yeni imkanlar qazandırıb.

TOP XƏBƏRLƏR