UNEC-də “Auditoriyada məzun var" layihəsi çərçivəsində Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya inzibatçısı və UNEC məzunu Oqtay Qasımov tələbələrlə görüş keçirib.
Görüş zamanı Oqtay Qasımov öz karyera inkişafı və peşəkar təcrübələrini tələbələrlə bölüşüb, onlara maliyyə və karyera planlaması sahəsində faydalı məsləhətlər verib.
Əməkdaşlıq çərçivəsində "Maliyyə laboratoriyası"nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərinin təcrübələrinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqqında məlumatlandırılması məqsədilə UNEC-də “Karyera günləri”nin keçirilməsi də nəzərdə tutulub.
Sonda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.