Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) Tələbə Elmi Klubunun təşkilatçılığı ilə “UNEC və Mən: Gələcəyə ümidlə” mövzusunda esse müsabiqəsi keçirilib.
Müsabiqədə Rus İqtisad Məktəbi və “Biznes və menecment” fakültəsini təmsil edən 20 nəfər tələbə iştirak edib.
Təqdim olunan esselər dosentlər Gülnarə Rzayeva, Günal Səfərli və baş müəllim Samirə Əhmədovanın qərarı ilə seçilib. Birinci yerə Biznes və menecment fakültəsinin tələbəsi Fidan Əsgərova, Rus İqtisad Məktəbinin tələbəsi Banuçiçək Sadıqova, ikinci yerə Biznes və menecment fakültəsinin tələbələri Leyla Əlizadə və Nazim Eyvazov, üçüncü yerə isə Biznes və menecment fakültəsinin tələbələri Arzu Məhərrəmzadə və Xədicə Musayeva qazanıb.
Sonda müsabiqə iştirak edən bütün tələbələrə sertifikatlar təqdim olunub.