Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri “Azərbaycanın ən zəkalı bir incisi” bilik olimpiadasında iştirak ediblər.
Bilik olimpiadası Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və “Galaxy Group” Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə respublikanın dövlət və özəl ali məktəblərinin I, II və III kurs tələbələri arasında keçirilib. “Multikulturalizm ili”nə və 28 May - Respublika Gününə həsr olunan olimpiada 2 mərhələdən ibarət olub. UNEC tələbələri Rafiq Hüseynov, Zəhra Əliyeva, Aida Həsənova, Nəsrəddin Məmmədov, Osman Salmanlı və Aynurə Məmmədzadə olimpiadada fəal iştirak edərək, birinci mərhələni uğurla başa vurublar. I mərhələdə uğurlu nəticələr göstərən tələbələrdən ibarət ilk 100 II mərhələdə iştirak hüququ qazanıb. UNEC tələbələri II mərhələdə də yüksək nəticələr göstəriblər.
UNEC tələbələri yüksək bilik səviyyəsi nümayiş etdirərək, minə qədər tələbənin qatıldığı bilik olimpiadasında uğurla çıxış edən iştirakçıların ilk 50-liyinə daxil olublar.