UNEC-də İnklüziv Təhsil Mərkəzin təşkilatçılığı ilə Autizm Spekrt Pozuntusu (ASP) mövzusunda seminar keçirilib.
Tədbirdə AR ƏƏSMN-nin yanında Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynur Xudanlı, Əlilliyi Olan İnsanlara Dəstək İB-nin sədri Təranə Musayeva, Bacarıqlı Əllər Dünyası İB-nin sədri Azadə Məmmədova, Autizmli Uşaqlara Dəstək İB-nin sədri, autizmli gəncin valideyni Şəhla Mirzəməmmədova şəxsi təcrübələrini bölüşüblər. Çıxış edənlər ASP-nin əsas xüsusiyyətləri, erkən diaqnoz və effektiv müdaxilə üsulları haqqında iştirakçılara ətraflı məlumat veriblər.
UNEC-in İnklüziv Təhsil mərkəzinin rəhbəri Sevinc Məhsimova isə inklüziv təhsil mühitində autizmli uşaqların uğurlu inkişafını dəstəkləmək məqsədilə tətbiq olunan yanaşma metodlarından və bu istiqamətdə ailə dəstəyinin vacibliyindən danışıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.