A

UNEC-in Mühəndislik fakültəsi və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədi ilə "Sükutla gələn faciə: narkomaniya" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva, ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini bildirib. Bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını vurğulayan S.Abdullayeva narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini qeyd edib.

Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova təqdimatla çıxış edərək, gənclərin narkomaniya və digər zərərli vərdişlərə aludə olmalarının qarşısının alınması üçün maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün şəkildə aparılmasının zəruriliyindən söz açıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR