UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Bank nümayəndələri tərəfindən tələbələr üçün məlumatlandırıcı sessiya keçirilib.
Mərkəzi Bankın əməkdaşları Nigar İsayeva və Səbinə Məmmədova UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin tələbələrinin iştirakı ilə keçirilən təqdimat zamanı bankın fəaliyyəti, təcrübə proqramları, eləcə də işə qəbul prosesi barədə məlumat veriblər. Eyni zamanda gənclərin uğurlu karyera yolunda inamla irəliləməsinə təkan verilməsi məqsədi ilə bank tərəfindən həyata keçirilən "Maliyyəçisən" təcrübə proqramından və iştirak şərtlərindən də danışıblar. Qeyd olunub ki,"Maliyyəçisən" təcrübə proqramında bakalavr və magistr pilləsi üzrə 2-ci və daha yuxarı kursların iqtisadiyyat, maliyyə, statistika, biznesin idarə edilməsi, eləcə də dövlət idarəçiliyi ixtisaslarından olan tələbələr iştirak edə bilərlər.
Sonda bank əməkdaşları infosessiyada tələbələri maraqlandıran sualları cavablandırıblar.