A

UNEC Dizayn Məktəbində tələbələrin maarifləndirilməsi məqsədilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin direktoru dos. Lalə Məmmədova bildirib ki, gələcək nəslin sağlam olması cəmiyyətimizin ən mühüm məsələsidir. O, bildirib ki, bu sahə təkcə xəstəliklərdən qorunmaqla kifayətlənmir, eyni zamanda sağlam münasibətlərin qurulması, düzgün qərarların verilməsi və gələcək həyatın planlaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Sonra UNEC-in 3 saylı Tələbə Poliklinikasının əməkdaşları, terapevt Tamella Abdullayeva və həkim-laborant Telli Qulamova çıxış edərək, tələbələrə reproduktiv sağlamlığın mahiyyəti, cinsi yolla yoluxan infeksiyalar, ailə planlaşdırmasının üsulları, diaqnostik yanaşmalar, xəstəliklərin aşkarlanması və müalicə yolları barədə ətraflı məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR