A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə “Auditoriyada məzun var” layihəsi çərçivəsində Bakı Fond Birjasının (BFB) Əməliyyat Departamentinin rəhbəri Mətin Yolçiyev və Ticarət və Dəstək üzrə böyük inzibatçısı Rübabə Mustafayeva tələbələrlə görüşüb.

Tədbir zamanı “Bakı Fond Birjasında ticarətin təşkili” mövzusunda təlim təqdim olunub.

Təlimdə iştirakçılara yerli kapital bazarlarında BFB-nin rolu, ticarət mexanizmlərinin işləmə prinsipləri və birjanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Tədbirin sonunda qısa kviz təşkil olunub və fəallığı ilə seçilən tələbələr mükafatlandırılıb.

Qeyd edək ki, UNEC-in əsas tədris binasında, BFB-nin dəstəyi ilə yaradılmış “Maliyyə laboratoriyası” 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində laboratoriyada layihə və seminarların təşkili, təcrübə proqramları barədə məlumatlandırma və “Karyera günləri”nin keçirilməsi nəzərdə tutulur.

Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafını dəstəkləmək məqsədilə birgə əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.

TOP XƏBƏRLƏR