A

Aprelin 30-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş “UNEC tarixini öyrənək” adlı bilik yarışmasının 2-ci seçim turu keçirilib.

UNEC İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışın seçim turunda 89 nəfər tələbə iştirak edib. Seçim turunda ən yüksək bal toplamış ilk 10 tələbə finalda iştirak etmək hüququ qazacanaq. Onların arasından 3 tələbə isə yarışın qalibi olacaq.

Final mərhələsi 23 may saat 13:00-da, UNEC-in bütün tədris binalarında baş tutacaq.

İlk 3 yerin qalibi olacaq tələbələrə hədiyyələr təqdim ediləcək.

TOP XƏBƏRLƏR