UNEC-də Türk Dünyası Gənclər Təşkilatının və Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Türk dünyasının şəhidlərinin və görkəmli liderlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan, Türkiyə və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Nəriman Xanəhmədov çıxışında ortaq dəyərlər, tarixi irs və mədəni birlikdən söz açaraq “Turan” ansamblının bu birliyi musiqi ilə yaşatdığını vurğulayıb.
Tanınmış “Turan” ansamblının çıxışı tədbirə xüsusi rəng qatıb. Qədim türk musiqisi və milli çalğı alətləri ilə zəngin ifalar izləyicilərə unudulmaz anlar yaşadıb, türk dünyasının birliyini və mədəni zənginliyini əks etdirib.