Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş “UNEC tarixini öyrənək” adlı bilik yarışmasının III seçim turu baş tutub.
UNEC İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışın seçim turunda mövzular universitetin tarixini əhatə edib.
III seçim turunun nəticələrinə əsasən, aşağıda adları qeyd olunan tələbələr 20-dən yuxarı bal toplayaraq fərqləniblər:
- Qərib Məmmədov
- Hüseynəli Mehdiyev
- Günəş Məmmədova
- Esmira Babayeva
- Nəzrin Babayeva
- Fikrət Yunusov
- Aysel Allahverdiyeva
- Ülvi Həbibli
- Aygül Hacızadə
- Eynulla Mahmudov
- Turan Məmmədov
- Səmral Pənahov
- Amin Həsənli
Qeyd edək ki, final turu isə 23 may saat 13:00-da, UNEC-in bütün tədris binalarında baş tutacaq.