UNEC-in 95 illik yubileyi münasibətilə hazırlanmış tədbirlər planı çərçivəsində UNEC Dizayn Məktəbinin müəllim və tələbələri “95 xeyirxah iş” aksiyası çərçivəsində “Qadın və uşaq sığınacağı”na baş çəkiblər.
Ziyarət zamanı müəllim və tələbələr sığınacağın balaca sakinlərinə müxtəlif hədiyyələr təqdim ediblər. Uşaqlar üçün maraqlı və əyləncəli proqram təşkil olunub. UNEC Dizayn Məktəbinin tələbəsi, UNEC Yaradıcılıq Mərkəzinin üzvü Selcan Zeynallı tərəfindən ifa olunan milli rəqs böyük maraqla qarşılanıb. Proqramdan sonra uşaqlar birgə rəqs edərək əyləniblər.
Tədbir uşaqlara yüksək əhval-ruhiyyə bəxş edib və onların sevincinə səbəb olub.