UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində "İnsan Hüquqları Aylığı" çərçivəsində "İnsan hüquqları və insani dəyərlər" adlı tədbir keçirilib.
Tədbirin əvvəlində fakültənin dekan müavini Rahim Mürsəlov bildirib ki, tədbirin keçirilməsi tələbələrin hüquqi maariflənməsi, vətəndaşlıq şüurunun formalaşması və insani dəyərlərə əsaslanan yanaşmanın inkişafı məqsədini daşıyır.
Sonra “İqtisadiyyat” kafedrasının müəllimi Lamiyə Əlibəyli-Abdullayeva insan hüquqlarının mahiyyəti, universal xarakteri haqqında geniş məlumat verib. O, bu hüquqların yalnız hüquqi sənədlərdə deyil, gündəlik həyatın bütün sahələrində təmin edilməsinin vacibliyini, təhsilin və hüquqi biliklərin əhəmiyyətini, insan hüquqlarının qorunmasında insani dəyərlərin ədalət, mərhəmət, vicdan, tolerantlıq və qarşılıqlı hörmətin mühüm rolunu açıqlayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.