A

UNEC-də Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu çərçivəsində Karyera Mərkəzinin direktoru Sevinc Məcidin iştirakı ilə tələbələr üçün “Gənclərin iş dünyasına hazırlığında Karyera Mərkəzlərinin rolu” mövzusunda workshop təşkil olunub.

Tədbirdə Karyera Mərkəzinin fəaliyyət istiqamətləri, xidmətləri, gənclərin əmək bazarına inteqrasiyasında qarşılaşa biləcəyi çətinliklər və bu sahədə nəzərdə tutulan təşəbbüslər barədə geniş məlumat verilib.

Workshop interaktiv şəkildə keçib, tələbələrin sualları cavablandırılıb. Praktiki hissədə iştirakçılar qruplara bölünərək təqdim olunan CV-ləri işəgötürən kimi qiymətləndirib və seçimlərini əsaslandırıblar. Bu, onların həm işəgötürən baxış bucağını anlamağına, həm də effektiv CV tərtibatını öyrənməsinə şərait yaradıb.

Qrup işləri təqdim olunub, aktiv müzakirələr aparılıb və Sevinc Məcid tərəfindən faydalı geribildirimlər verilib.

TOP XƏBƏRLƏR