Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə Mühəndislik fakültəsində “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələrinin iştirakı ilə maarifləndirici görüş keçirilib.
Görüşdə AQTA və İnstitutun fəaliyyəti, işə qəbul qaydaları, tələbələr üçün təcrübə proqramları və karyera imkanları barədə geniş məlumat verilib. Tədbirdə “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyəti təqdim olunub. Bildirilib ki, bu layihəyə 2300-dən çox müraciət daxil olub, onlardan 550 nəfər uğurla seçilərək fəaliyyətə başlayıb.
Görüş interaktiv şəkildə davam edib, tələbələrin dövlət qulluğu, təcrübə imkanları və digər sualları cavablandırılıb.