A

Veysəloğlu Şirkətlər Qrupu tərəfindən elan olunan “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində həyata keçirilən maarifləndirici tədbir və təşəbbüslər uğurla davam etdirilir.

Layihənin əsas məqsədi ictimaiyyətin, xüsusilə də qida sahəsində təhsil alan gənc mütəxəssislərin bilik və məlumatlılıq səviyyəsinin artırılmasıdır.

Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Qida Təhlükəsizliyi və Qida Məhsullarının Mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün maarifləndirici infoturlar təşkil olunub.

İlk olaraq tələbələr Veysəloğlu Şirkətlər Qrupuna məxsus Məhəmmədi qəsəbəsində yerləşən Logistika Mərkəzinə səfər ediblər. Daha sonra infotur “Ulduz” Şokolad Fabrikində davam etdirilib.

Səfərlər zamanı tələbələrə Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti, eləcə də pərakəndə sektorunun ölkə iqtisadiyyatının inkişafındakı rolu barədə ətraflı məlumat verilib. İnfoturların əvvəlində iştirakçılara müəssisədaxili təhlükəsizlik qaydaları təqdim olunub və onların bütün sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay