A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutan tələbələrin karyera inkişafına və əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “Məşğulluq Həftəsi”ndə (Employability Week) təcrübə proqramına  qəbul olan 43 tələbə ilə görüş keçirilib.

UNEC Rektoru, professor Ədalət Muradovun iştirakı ilə baş tutan görüşdə, korporativ sektorun nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan professor Ədalət Muradov, UNEC-də təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, bildirib ki, universitet tələbələrinin işlə təmin olunması, onların real sektorla təmasda olması, qurupla iş qabiliyyətinin təkmilləşdirilməsi həmçinin, peşəkar bacarıqlarının artırılması UNEC-in strateji prioritetlərindəndir.

“Məşğulluq Həftəsi”nin əhəmiyyətinə toxunan rektor vurğulayıb ki, bu təşəbbüs tələbələrlə işəgötürənlər arasında birbaşa ünsiyyət platforması yaradır və gənclərin əmək bazarına daha sürətli inteqrasiyasına şərait yaradır. O, tələbələrin uğurlarını yüksək qiymətləndirib və onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda “Məşğulluq Həftəsi” çərçivəsində fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay