Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş təşkil olunub.
Fakültənin dekanı dosent Yusif Əliyev yeni qəbul olunan tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. O, qeyd edib ki, 2025/2026-cı tədris ilində fakültəyə 8 ixtisas üzrə 290 tələbə qəbul olunub, onlardan 2 nəfəri əcnəbi vətəndaşdır. Ən yüksək nəticəni isə “Biznesin idarə edilməsi” ixtisasının tələbəsi Jalə Rəhimli 577,5 balla göstərib.
Tədbirdə tələbələrə onların hüquq və vəzifələri, tədrisin təşkili və qiymətləndirmə qaydaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, UNEC-in elektron universitet modeli, beynəlxalq mübadilə proqramları, ikili diplom layihələri və xüsusi təqaüd imkanları barədə də ətraflı təqdimatlar edilib.
Görüşdə dekan müavini Cavahirxanım Məmmədova, kafedra müdiri Dr. Nurkhodzha Akbulaev, ixtisas rəhbəri Maqsud Mirzəyev, fakültə katibi Rəna Qurbanova, Katibliyin tyütoru Aytac Əliyeva, UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Məmmədova və I kurslara təyin olunmuş mentorlar iştirak ediblər.
Çıxış edənlər tələbələri fəal və təşəbbüskar olmağa, UNEC-in zəngin tələbə həyatı, elektron universitet modeli, beynəlxalq mübadilə proqramları, UDİD, Minor, xüsusi təqaüd imkanları və könüllülük proqramlarında iştirak etməyə dəvət ediblər. Onlar fakültənin beynəlxalq əməkdaşlıq əlaqələri, tələbələr üçün yaradılan müasir infrastruktur və karyera inkişafı imkanları barədə də geniş məlumat veriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.