UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə “Azərbaycan dili” və “Humanitar fənlər” kafedraları tərəfindən Anım Gününün beşinci ildönümü ilə əlaqədar olaraq tədbirlər keçirilib.
Tədbirlər vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dos.Gülnarə Rzayeva, “Humanitar fənlər” kafedrasının müdiri prof.Vəkil Həsənov, “Azərbaycan dili” kafedrasının müdiri prof. Tofiq Əbdülhəsənov, həmin kafedranın dos.Mətanət Əmrahova çıxış edərək şəhidlərimizin canları bahasına qazandığımız qələbənin xalqımızın qürur mənbəyi olduğunu qeyd ediblər. Onların həyat yolu və göstərdikləri igidlik hər bir azərbaycanlı gənc üçün örnəkdir və gələcək nəsillərin vətən sevgisini daha da möhkəmləndirir.
Ümumi Fənlərin Tədrisi Departamentində keçirilən tədbirlər şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, tələbələrin onların qəhrəmanlığını daha yaxından tanımasına, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.